Muay-tay üzrə Azərbaycan millisinin üzvü Xəyal Əliyev III Avropa Oyunlarında növbəti görüşünə çıxıb. 67 kilogram çəki dərəcəsində çıxış edən idmançımız yarımfinalda Oskar Siqertlə (Polşa) qarşılaşıb.
Rəqibinə uduzan Əliyev yarışı bürünc medalla başa vurub.
Qeyd edək ki, iyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparır.
Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.
Leyla Qurbanova,
“Xalq qəzeti”