Rusiyanın Krasnodar şəhərində sambo üzrə kişilər arasında Qran-Pri turniri keçirilib. Yarışda Azərbaycan yığması ilə yanaşı, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və s. ölkələrdən 100-dən çox idmançı iştirak edib.
Qran-Pri yarışına millimizin baş məşqçisi Vahid Tarverdiyevin rəhbərliyi altında qatılan Azərbaycan komandası 3 medal qazanıb. Belə ki, Nicat Məmmədli (58 kq), Elvin Bağırov (64 kq) gümüş və Hacalı Qasımov (71 kq) bürünc medala sahib olublar.
Leyla QURBANOVA,
“Xalq qəzeti”