Cüdoçularımız Avropanı fəth etdilər

post-img

Azərbaycan cüdoçuları yeniyetmələr arasında Avropa çempionatında uğurla çıxış edərək 6 qızıl, 3 bürünc medal qazanıblar. 

Portuqaliyanın Odivelas şəhərin­də keçirilən yarışda oğlanlar arasında Məhəmməd Məmişov (50 kq), Mirxaliq İskəndərov (55 kq), Məhəmməd Mu­sayev (60 kq), Ramazan Əhmədov (90 kq), Əbil Yusubov qızıl, Mehdi Cəfərov (hər ikisi 66 kq), Əhməd Rüstəmov (50 kq) bürünc medal qazanıblar. Qızların mübarizəsində isə Vüsalə Hacıyeva (48 kq) çempion adına layiq görülüb. Xədicə Qədəşova (52 kq) isə oğlanların müba­rizəsində bürünc medala yiyələnib. 

Bu nəticə ilə komandamız bütün ölkələrin yığmalarını qabaqlayaraq bi­rinci pillədə qərarlaşıb.

İdman