Almaniyanın Berlin şəhərində Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında komandamızın çıxışı davam edir.
Yığma komandamıza növbəti medalı cüdocumuz Nihad Cəfərov (60 kq) qazandırıb. Bütün rəqiblərini məğlub edən idmançımız qızıl medala sahib olub. Atletika yarışlarında Elmira Cəfərova uzunluğa tullanma növü üzrə gümüş medala layıq görülüb. Üzgücülük yarışlarında isə Ağasəlim Abdullayev sərbəst üsulla 50 metr məsafə üzrə ikinci yeri tutub.
Bununla da, yığmamızın qazandığı medalların sayı 24-ə çatıb. Komandamız bu medalları üzgüçülük və cüdo ilə yanaşı, stolüstü tennis, bədii gimnastika, pouerliftinq yarışlarında əldə edib.