III Avropa Oyunları: İdmançımız erməni rəqibini böyük hesabla məğlub edib

post-img

Polşada III Avropa Oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, azərbaycanlı karateçisi İrina Zaretska Avropa Oyunlarında erməni rəqibi Anita Makiyanı 8:0 hesabla məğlub edib. İdmançımızın ilk rəqibi ukraynalı Qalina Malnikli olub. O bu görüşü də qələbə ilə başa vurub. Yarışı idmançımız qələbə ilə başa vurub. Bununla da o bürünc medalı təmin edə bilib.

Qeyd edək ki, idmançının qrupdakı son rəqibi ispaniyalı idmançı İzabel Nyeto olacaq.

İdman