Türkiyə 4 ölkəyə ANKA tədarük edəcək

post-img

Türkiyə 2023-cü ilin sonuna qədər 4 ölkəyə “Anka” pilotsuz uçuş aparatı (PUA) tədarük edəcək.

Türkiyənin yerli TUSAŞ şirkətinin istehsalı olan “Anka”nın gələn il daha bir yeni ölkəyə təhvil verilməsi planlaşdırılıb. 

Qeyd edək ki, “Anka” PUA 350 kiloqrama qədər yük daşımaq qabiliyyətinə malikdir. Faydalı yüklə birlikdə maksimal 9140 metr yüksəklikdə uçuş müddəti 30 saata qədərdir. Maksimal bağlantı radiusu 250 kilometr, kreyser sürəti saatda 200 kilometrdir. Qanad açıqlığı 17,5 metr, uzunluğu 8,6 metr və hündürlüyü 3,25 metrdir.

Silahlanmasına “Roketsan” şirkətinin istehsalı olan 8 ədəd “Cirit” idarə olunan tank əleyhinə raket və ya 4 ədəd yarıaktiv lazer özütuşlama başlıqlı kiçik ölçülü MAM-L sursatı daxildir.

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

Ordu