Deklan Donellan "Aktyor və hədəf"

post-img

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU)  Dram rejissoru və səhnə plastikası kafedrasının baş müəllimi, Əməkdar mədəniyyət işçisi Esmiralda Osmanovanın tərcüməsində Deklan Donnellanın “Aktyor və hədəf” adlı kitabı çapdan çıxıb. Görkəmli ingilis teatr rejissoru Deklan Donnellan “Çik bay Coul” teatr kompaniyası çox da  tanınmayan klassik pyeslərin yeni səhnə həlli ilə məşhurlaşıb.  Öz mühazirələrində rejissor dünyanın müxtəlif ölkələrinin teatrlarında qarşılaşdığı aktyorlarla işindən, pyes üzərindəki hazırlıq prosesindən söhbət açır. Kitabda D.Donnellan aktyor sənətinin mahiyyətini öz təfəkkürünə görə təhlil edərək oxucularla bölüşür.

.S.Stanislavsikinin sistemində qeyd olunan sənətə aid tövsiyələrin daha anlaqlı və müasir dildə izahı verilir. Müəllif aktyorun rol üzərində işi zamanı əmələ gələn problemləri araşdıraraq elə bir qaydalar sistemi təklif edir ki, aktyor çətin vəziyyətdən çıxa bilsin. Rejissor və aktyor sənətinin tədrisi ilə məşğul olan professor-müəllim heyəti, rejissor və aktyorlara töhfə olan bu nəşr XXI əsr üçün daha maraqlı sayıla biləcək tədris vasitəsidir. ADMİU-nun müəllimi, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun redaktorluğu ilə çap edilən kitabdan Kitabxana-İnformasiya Mərkəzinin oxu zalında tanış olmaq olar.

 

Mədəniyyət