Şahmat üzrə Avropa çempionatının qızıl medalçısı

post-img

Bakı məktəblisi şahmat üzrə məktəblilərin Avropa çempionatında qalib gəlib.

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 228 nömrəli tam orta məktəbin X sinif şagirdi Aqil İsrafilov Albaniyanın Durres şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında qızıl medalın sahibi olub. Şahmatçı 17 yaşadək oğlanlar kateqoriyasında 9 oyundan 7,5 xal toplayıb.

Qeyd edək ki, 10 ildir şahmatla məşğul olan A.İsrafilov ötən il Naxçıvanda keçirilən 16 yaşadək yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasında “Azərbaycan-4” komandasının tərkibində 9 turda 7,5 xal toplayaraq ən çox beynəlxalq əmsal artıran iştirakçı seçilib.

Məktəblinin uğurları bununla bitmir. O, bir sıra digər yarışlarda da parlaq qələbələrə imza atıb.

Anar ƏLİ,

“Xalq qəzeti”

İdman