Misirdən 3 qızıl medal

post-img

Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Misirin paytaxtı Qahirə şəhərində keçirilən "Pharaohs Cup" turnirində 3 qızıl medal qazanıblar. 

"Xalq qəzeti" Azərbaycan Gimnastika Federasiyasına istinadən bildirir ki, böyüklər arasında Vladimir Dolmatov və Mədinə Mustafayeva qarışıq cütlükdə, Leyla Bejanova, Arzu Ağayeva və Xədicə Quliyeva üçlük proqramında birinci yeri tutublar.

Qeyd edilib ki, yeniyetmələrin yarışında isə Dilarə Qurbanova, Sara Əlixanlı, Sənəm Kazımova (üçlük proqramı) qızıl medala yiyələniblər.

 

Elçin ABBASOV,

"Xalq qəzeti"

İdman