Ukrayna Ruben Vardanyanı axtarışa verib

post-img

Erməni əsilli milyarder Ruben Vardanyan Ukrayna tərəfindən sanksiya tətbiq edilən şəxslərin siyahısına daxil edildiyindən axtarışa verilib.

Ruben Vardanyan “dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli” şəxs kimi qeyd edilib.

Səbəb kimi onun Moskva tərəfindən xüsusi missiya ilə Rusiya sülhməramlılarının nəzarətində olan Ukrayna ərazilərinə qanunsuz göndərilməsi göstərilib.

 

Rizvan FİKRƏTOĞLU,

"Xalq qəzeti"

Dünya