Stolüstü tennisçilərimiz Zaqrebə  yollanıblar

post-img

Stolüstü tennisçilərimiz 13 yaşadək idmançıların Avropa çempionatında mübarizə aparacaqlar. Seçmə komandamız bu gün yarışın təşkil ediləcəyi Zaqreb şəhərinə yollanıb.

Azərbaycan Xorvatiya sınaqlarında 4 idmançı ilə təmsil olunacaq. Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Onur Quluzadə, Tunar Bağırov, Yağmur Məmmədli və Xədicə Eylazova şəxsi, komanda və qoşa-qarışıq mübarizədə etimadı doğrulmağa çalışacaq. Azərbaycan millisi ilk olaraq komanda yarışlarında Polşa, İsveç və İslandiya seçmələri ilə eyni qrupda qüvvəsini sınayacaq.   

İyunun 14-də start veriləcək Avropa çempionatına iyunun 18-də yekun vurulacaq.

"Xalq qəzeti"

İdman