Azərbaycan karateçisi İrina Zaretska Yaponiyanın Fukuoka şəhərində keçirilən Premyer Liqa turnirinin üçüncü mərhələsində bürünc medal qazanıb.
Turnirdə 68 kiloqram çəki dərəcəsində mübarizə aparan karateçimiz üçüncü yer uğrunda görüşdə qazaxıstanlı Venera Jahibaevanı məğlub edib.
Xatırladaq ki, “Tokio-2020”in gümüş medalçısı turnirin Mərakeşdə təşkil olunan əvvəlki mərhələsində qalib adını qazanıb.
Leyla QURBANOVA, “Xalq qəzeti”

