Bədii gimnastlarımız Misirin paytaxtı Qahirədə keçirilən “Pharaohs Cup” turnirində 3 medala sahib olublar.
Gənc idmançılarımız Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup komandası 5 ip və 5 topla hərəkətlərin icrasında ikinci yeri tutublar.
Digər gimnastımız Nuray Əhmədzadə isə lentlə fərdi hərəkətlərdə bürünc medal qazanıb.
Azərbaycan Latviyanın Kekava şəhərində keçirilən “Fairy Dust” beynəlxalq turnirində isə iki bürünc medal qazanıb.
Ləman Əhmədli böyüklər arasında, Fidan Aladinova isə gənclər arasında üçüncü yerləri tutublar.
Leyla QURBANOVA, “Xalq qəzeti”

