Boksçularımız Macarıstanda 10 medal qazandılar

post-img

Macarıstanın Eqer şəhərində gənc və yeniyetmə boksçular arasında beynəlxalq turnirdə Azərbaycan millisi uğurla çıxış edərək 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb. 

Gənc boksçularımızdan Sübhan Məmmədov (51 kq), Məhəmmədəli Aşurəliyev (57 kq), Fərhad Şeydayev (75 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olublar. Tağı Nəsi­bov (54 kq) və Məhəmmədəli Qasım­zadə (60 kq) finalda məğlub olaraq gümüş medalla kifayətləniblər. Ömər Aslanlı (54 kq) isə bürünc medal alıb.

Yeniyetmə boksçularımızdan ən yüksək nəticəni Banuçiçək Nəsirli (46 kq) qazanıb. Təmsilçimiz bütün mərhələlərdə üstünlüyünü nümayiş etdirərək turnirin qalibi adına layiq gö­rülüb. Yalnız finalda uduzan Özləm Həsənova (63 kq) ikinci pillədə qərar­laşıb. Komandamızın digər üzvləri İnci Məcidli (50 kq) və Abbasqulu Şadlinski (63 kq) 3-cü yerləri tutublar.

Yığmanın heyətində M.Aşurəliyev yarışın ən texnikalı, M.Qasımzadə isə ən əzmkar boksçusu seçilib.

L.QURBANOVA, “Xalq qəzeti”

İdman