Veteran cüdoçularımız Avropa çempionatında

post-img

Azərbaycan cüdoçuları veteranlar arasında keçirilən Avropa çempionatında 11 medala sahib olublar. 

Sloveniyanın Podçetrtek şəhərin­də keçirilən yarışda qızıl medalları ko­mandamızın aktivinə Fərhad Rəcəbli, Zülfüqar Hüseynov, Babək Hacıyev və Vüqar Budaqov yazdırıblar. 

Vasif İbrahimov, Rəşid Şəmiza­də gümüş, Vüqar Babayev, Məmməd Məmmədov, Qabil Qasımov, Ruslan Əliyev, Qurban Məmmədli bürünc me­dala layiq görülüblər.

L.QURBANOVA, “Xalq qəzeti”

İdman