"Sabah" çempion oldu

post-img

Bu gün "Sərhədçi" İdman Mərkəzində, Azərbaycan Basketbol Liqasının (ABL) "Sabah" və "Gəncə" komandaları arasında final seriyasının sonuncu beşinci oyunu keçirilib. Gərgin keçən oyunun əsas vaxtında qalib müəyyənləşməyib və qarşılaşma əlavə vaxta gedib.

Bildirək ki, "Sabah" gərgin və maraqlı oyunun yekununda "Gəncə" üzərində 86-85 hesablı qələbə qazanıb. Final seriyasında 3-2 hesablı qələbə qazanan "Sabah" komandası Azərbaycan Basketbol Liqasında 2022-2023 -cü illər mövsümünün çempionu olub. Final seriyasının ən yaxşı oyunçusu (MVP) amerikalı Entoni Patti seçilib. Ən məhsuldar basketbolçular  "Sabah BK"-dan  Entoni Patti ( 24 xal, 13 ribaund), "Gəncə BK"-dan isə  Kollin Törner   (26 xal, 11 asist ) olublar.

A.Elçin,
"Xalq qəzeti"

İdman