Macarıstan millisi Rumıniyanı məğlub etdi

post-img

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının "Astara" mərhələsi çərçivəsində övbəti oyun Rumıniya və Macarıstan milliləri arasında keçirilib.

Günün ən maraqlı qarşılaşması da məhz elə bu görüş idi. Çünki ilk saniyələrdən komandalar arasındakı gərgin mübarizə özünü tabloda da göstərirdi. Belə ki, son bir dəqiqəyə də komandalar xala xal prinsipi ilə daxil oldular. Son saniyələrdə hesab 17:17 olsa da, görüşün bitməsinə 20 saniyə qalmış Macarıstan  ardıcıl 2 basketlə hesab arasındakı fərqi azaltdı. Bundan sonra Rumıniya millisi daha bir basketə imza atsa da, Macarıstan seçməsi 19:18 hesabı ilə qalib gəldi.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman