AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Premyer Liqasının 3 klubu cərimələnib.
Peşəkar Futbol Luqasının (PFL) məlumatına görə, buna Premyer Liqanın XXXIII turundaa qeydə alınan neqativ hallar səbəb olub.
Belə ki, "Turan Tovuz” – “Neftçi” oyununda hər iki komandanın 4 futbolçusu sarı vərəqə aldığından, qurum onların hərəsini 800 manat cərimələyib.
“Qəbələ” ilə görüş başa çatdıqdan sonra meydançaya kənar şəxsin daxil olması isə “Qarabağ”a 1600 manatlıq cərimə bahasına başa gəlib.
Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"