Milan derbisində "İnter" klubu qalib gəlib

post-img

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Belə ki, yarımfinal  mərhələsinin ikinci matçında İtaliya "Milan"ı eyni şəhərin digər təmsilçisi "İnter"i qəbul edib. "San Siro" stadionundakı matç qonaqların 0:2 hesablı  qələbəsi ilə yekunlaşıb.

Oyunda hesab 8-ci dəqiqədə açılıb. "İnter"in hücumçusu Edin Ceko fərqlənib. Bundan 3 dəqiqə sonra Henrix Mxitaryan ikinci topu meydan sahiblərinin qapısından keçirib. 31-ci dəqiqədə Milanın eyniadlı təmsilçisinin qapısına penalti təyin edən matçın baş hakimi Xesus Hil Mansano VAR-a baxdıqdan sonra qərarını ləğv edib.

Qey edək ki, bu komandalar arasında cavab qarşılaşması mayın 16-da olacaq.

 

Elçin AĞAMİRZƏ,

"Xalq qəzeti"

İdman