Azərbaycan badmintonçusu Edi Reski Dviçayo “International” seriyalı “YONEX Luxembourg Open 2023” turnirində uğurla çıxış edib.
Təmsilçimiz əsas mərhələdə polşalı Mikolaj Szimanovskiyə və avstriyalı Gnedt Volfqanqa, yarımfinal uğrunda qarşılaşmada isə Almaniya təmsilçisi Mattias Kicklitza 2:0 hesabı ilə qalib gəlib. Yarımfinalda indoneziyalı Krişna Adi Nugrahı 2:1 hesabı ilə məğlub edən Edi finalda hindistanlı Sankar Muthusamu ilə gücünü sınayıb. Gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmada uduzan idmançımız turnirin gümüş medalı ilə kifayətlənib.
Edi Reski Dviçayo ikinci yerə sahib olmaqla yanaşı, həm də hesabına daha 2130 reytinq xalı əlavə edib.
Q.LEYLA, “Xalq qəzeti”