Portuqaliyada daha dörd medal

post-img

Portuqaliyanın Portimao şəhərində keçirilən bədii gimnastika üzrə beynəlxalq turnirdə Azərbaycan yığmasının üzvləri daha 4 medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasının məlumatına görə, Şəms Ağahüseynova topla hərəkətlərin icrasında, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovanın yer aldığı gənclərdən ibarət qrup komandası isə çoxnövçülük proqramında, eləcə də, 5 ip və 5 topla hərəkətlərin icrasında bürünc medallara layiq görülüblər.

Qeyd edək ki, bundan əvvəl Ş.Ağahüseynova və Nuray Əhmədzadə gənclər arasında komanda hesabında bürünc medal qazanmışdılar.

A.Elçin,
"Xalq qəzeti"

İdman