“Araz Naxçıvan” Birinci Divizionun qalibi olub

post-img

Futbol üzrə Azərbaycan Birinci Divizionunda çempion müəyyənləşib. “Araz Naxçıvan” tarixində ikinci dəfə aşağı dəstənin qalibi olub. 2013-2014-cü il mövsümündəki uğuru yenidən təkrarlayan Naxçıvan təmsilçisi çempionluğu 27-ci turda rəsmiləşdirib.

Pşəkar Futbol Liqasının (PFL) məlumatına görə,  ötən çempionatın qalibi “Qaradağ Lökbatan”la qarşılaşan baş məşqçi Azər Bağırovun yetirmələri səfərdə 2:0 hesablı qələbə qazanıblar.

Bununla da “Araz Naxçıvan” 25 oyundan sonra xallarının sayını 63-ə çatdırıb. Ən yaxın izləyicisi “Neftçi-2”ni 11 xal qabaqlayan Naxçıvan klubu mövsümün sonuna 3 tur qalmış qızıl medalları təmin edib.

“Araz Naxçıvan” Birinci Divizionda iki dəfə çempion olan beşinci komandadır. Bunadək MOİK, “Neftçala”, “Qaradağ Lökbatan” və “Turan Tovuz” da iki uğura imza atıblar.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman