U-15 Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə yarışa start verilib

post-img

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş güləş üzrə U-15 Azərbaycan çempionatı davam edir.

Şağan Olimpiya İdman Kompleksində keçirilən yarışın üçüncü günündə 38, 44, 52, 62 və 75 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizə aparıb. Beş çəki üzrə ümumilikdə 117 idmançı çıxış edib. 

38 kq çəki dərəcəsində  Əbdülrəhman Hüseynli (ROİL) birinci, Qurban Məcnunov (Neftçi) ikinci yeri tutblar. Akşin Pənahlı (Kürdəmir) və Nicat Həsənli (Pəhləvan) isə üçüncü yerləri bölüşüblər.

44 kq çəkidə isə  Hikmət Haqverdiyev (Şuşa UGİM) fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb. Adil İsmayılov (Sumqayıt, “Təhsil”) ikinci yerə çıxıb. Vüsal İsmayıllı (ROİL) və Ayxan Ağayev (Göyçay) üçüncü olublar. 

52 kq çəkidə  Nihad Məhərrəmov (UGİM-2) birinci birinci, Marat Ağakərimov (Sumqayıt, “Zenit”) ikinci, 
Nihad Tağıyev (Göyçay) və Məhəmməd Hüseynli (Sumqayıt, “Təhsil”) üçüncq yerləri tutublar.

62 kq çəkidə Nicat Yeyləgalıyev (Abşeron) fəxri kürsüdə birinci,  Ramal Əliyev (UGİM-2) ikinci,  İslam Soltanov (ROİL) və Ramil Musayev (UGİM-5) üçüncü olublar.

75 kq çəkidə isə Riyad İbrahimov (Sumqayıt, “Təhsil”)  birinci yeri tutub. Ceyhun Sultanov (Şirvan) ikinci yerlə, Emin Baxşəliyev (Şuşa UGİM) və Ayxan Əliyev (ROİL, Şəmkir) isə üçüncü yerlə kifayətləniblər.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman