David Merkel: Avrasiyanın gələcək geosiyasətindən danışmaq üçün ən gözəl məkan Azərbaycandır

post-img

Avrasiyanın gələcək geosiyasətindən danışmaq üçün ən gözəl məkan məhz Azərbaycandır. 

Bunu AZƏRTAC-a açıqlamasında ABŞ Dövlət Departamentinin Avropa və Avrasi­ya məsələləri üzrə katibinin köməkçisinin keçmiş müavini David Merkel deyib. 

O qeyd edib ki, Azərbaycanın ümum­milli lideri Heydər Əliyevin anadan olma­sının 100 illik yubileyinin qeyd olunması üçün yer baxımından da Şuşa şəhəri ən gözəl məkandır. “Dərin strateji baxışa malik iki Prezidentinizin olması azərbay­canlıları çox şanslı edir. Hər iki Prezident bu gün Azərbaycanın firavan və təhlükə­siz olmasına imkan yaradıb. Şuşanın iş­ğaldan azad edilməsindən sonra biz indi daha geniş regional imkanlardan, Avra­siyanı bir araya gətirmək üçün Azərbay­canın tranzit imkanlarından danışırıq”, – deyə o əlavə edib.

Siyasət