Polşada iki bürünc

post-img

Polşanın paytaxtı Varşavada bədii gimnastika üzrə XV “Irina Cup” beynəlxalq turniri keçirilib.Azərbaycan Gimnastika Federasiyasının məlumatına görə, turnirdə uğurla iştirak edən millimizin üzvü İlona Zeynalova iki bürünc medal qazanıb.

Gimnastımız lentlə hərəkətlərin icrasında və çoxnövçülük proqramında fəxri kürsünün üçüncü pilləsində yer alıb.

A.Elçin,
"Xalq qəzeti"

İdman