Minifutbol üzrə Azərbaycan millisi Gürcüstana qalib gəlib

post-img

Bu gün minifutbol üzrə Azərbaycan millisi Bakıda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirdə növbəti oyununu keçirib.

A qrupunda yer alan millimiz üçüncü tur çərçivəsində Gürcüstan seçməsi ilə qarşılaşıb.
Bakı Tennis Akademiyasında keçirilən oyunda Azərbaycan millisi Gürcüstan seçməsini 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu nəticədən sonra milli komandamız  7 xalla qrupda liderliyə yüksəlib. 3 xalı olan Gürcüstan isə 4-cü sıradadır.

Onu da əlavə edək ki, qrup birinciləri yarımfinala vəsiqə qazanacaqlar. 2-3-cü yerləri tutacaq komandalar isə pley-offda üz-üzə gələcəkl

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman