Paralimpiyaçımızdan gümüş medal

post-img

Almaniyanın Hannover şəhərində keçirilən güllə atıcılığı üzrə beynəlxalq turnirdə Azərbaycan paralimpiyaçısı Aybəniz Babayeva gümüş medala sahib olub.

Təmsilçimiz pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma (P2) yarı­şında ikinci pillədə qərarlaşıb. Yığma­nın digər üzvü Yelena Taranova finala vəsiqə qazansa da, nəticədə yarışı be­şinci yerdə başa vurub.

Qeyd edək ki, turnir sentyabrın 17-29-da Perunun paytaxtı Limada keçi­riləcək dünya çempionatına lisenziya xarakteri daşıyır.

İdman