NASA yeni planet kəşf edib

post-img

ABŞ-ın Milli Aerokosmik Agentliyindən (NASA) verilən məlumata görə, TOI-733 adı verilən planet TESS teleskopu tərəfindən yerdən 245 işıq ili uzaqlıqda aşkar edilib. Bildirilir ki, sözügedən planet 1990-cı illərdə ilk kəşfdən sonra məlum olan 5 mindən çox ekzoplanetdən yalnız biridir.

Qeyd olunub ki, planet günəşdən bir qədər kiçik bir ulduzun ətrafında cəmi 4 gün ərzində dövrə vurur. Aparılan sıxlıq ölçmələri göstərir ki, o, ya bir vaxtlar sa­hib olduğu atmosferi itirib, ya da tama­milə su ilə örtülmüş planetdir.

Digər nəzəriyyələr TOI-733b-nin hid­rogen və heliumunu itirdiyini və bunun əvəzinə, su buxarı ilə dolu atmosferi sax­ladığını və ya daha ağır elementlərdən ibarət ikinci dərəcəli atmosferi bərpa et­diyini göstərir.

“Xalq qəzeti”

Son xəbərlər