Lavanda – baş ağrısı və yuxusuzluğa çarəXədicə

post-img

Lavanda yağının faydaları barədə çox eşitmişik. Onun sakitləşdirici təsirə malik olduğunu, dəridə iltihabı azaltdığını, əzələ spazmlarını, boyun və baş ağrılarını aradan qaldırdığını bilirik.

Bu yağı baş ağrısı olanda alın və gicgaha sürt­mək, yuxu problemində isə bir neçə damcı yastığa damcılatmaq, əzələ ağrısını azaltmaq üçünsə van­naya əlavə etmək olar.

Eyni zamanda, bu yağdan aroma lampalarında, hava nəmləndiricilərində, müalicəvi vannalarda isti­fadə etmək olar. Əsas odur ki, yağ təbii, keyfiyyətli olsun.

Z.HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat