Hava proqnozu

post-img

Mayın 3-də

Bakıda və Abşeron yarıma­dasında səhər saatlarında gözlənilən yağışın gün ərzində davam edəcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Gecə 9-13°, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət 60-70 faiz olacaq. 

Naxçıvan şəhəri, Culfa, Or­dubad, Sədərək, Şahbuz və Şərur rayonlarında bəzi yerlərdə arabir ya­ğış yağacağı gözlənilir. Ayrı-ayrı yer­lərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yük­sək dağlıq ərazilərdə qar yağacağı eh­timalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 4-9°, gündüz 14-19° isti olacaq. 

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daş­kəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şim­şək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mü­layim qərb küləyi əsəcək. Gecə 0-4°, gündüz 4-8° isti olacaq. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında bəzi yerlərdə arabir ya­ğıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli in­tensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 0-5° isti, dağlıq əra­zilərdə 3°-dək şaxta, gündüz 5-9° isti olacaq. 

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında bəzi yer­lərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli in­tensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 5-10°, gün­düz 12-17° isti olacaq. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Mingəçevir, Şamaxı, Siyəzən, Şab­ran, Xızı, Quba, Xaçmaz, Qusar ra­yonlarında bəzi yerlərdə arabir yağın­tılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şim­şək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 3-8°, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq. 

Yevlax, Göyçay, Ağdaş, Kür­dəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə arabir ya­ğış yağacağı gözlənilir. Ayrı-ayrı yer­lərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehti­malı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 8-12°, gündüz 13-18° isti olacaq. 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Cəlilabad rayon­larında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şim­şək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mü­layim şimal-şərq əsəcək. Gecə 9-13°, gündüz 13-17°, dağlarda gecə və gün­düz 2-6° isti olacaq. 

 

Ekologiya