Qətərdə daha bir dünya çempionatı keçiriləcək

post-img

2027-ci ildə təşkil olunacaq basketbol üzrə kişilər arasında dünya çempionatı Qətərin paytaxtı dohada  keçiriləcək. Bu barədə Beynəlxalq Basketbol Federasiyasına (FIBA) istinadən "Championat.com" portalı məlumat yayıb.

Mənbə yazır ki, bütün qarşılaşmalar paytaxt Dohada gerçəkləşəcək. 

Yeri gəlmişkən, 2026-cı ildə qadınların araaında keçiriləcək dünya çempionatı isə Almaniyada baş tutacaq.

Qeyd edək ki, 2022-ci ildə futbol üzrə dünya çempionatı da Qətərdə təşkil olunub.

A.Elçin,
"Xalq qəzeti"

İdman