Tbilisidə həm qızıl, həm gümüş medal

post-img

Azərbaycanın para-pauerliftinqçisi Zəhra Dadaşova Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda iki medal qazanıb.

"Xalq qəzeti" xəbər  verir ki, gənclərin mübarizəsində 55 kiloqram çəki dəsərəcəsində çıxış edən idmançı 75 kq nəticə göstərib.

O, fərdi çəkidə qızıl, ümumi çəkidə isə gümüş medala sahib çıxıb. Qeyd edək ki, Zəhra Dadaşova ümumi kateqoriyada isə yarışı 7-ci pillədə tamamlayıb.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman