9 ildən sonra təkrar finalda

post-img

“Neftçi” və “Qəbələ” klubları Azərbaycan kuboku uğrunda mübarizənin finalında qarşılaşacaqlar. İndiyədək komandalar ölkə kubokunun finalında bir dəfə üz-üzə gəliblər. Bu, onların ikinci final görüşü olacaq.

Qeyd edək ki,  futbol üzrə Azərbaycan kuboku yarışlarının finalçıları iyunun 3-də “Bakcell Arena”da görqşəcəklər.

Xatırladaq ki, bundan əvvəl  2013-2014-cü il mövsümündə bu komandalar  Azərbaycan kubokunun finalənda qarşılaşıblar. Həmin oyunda əsaa vaxt 1:1 hesabı heç-heçə ilə başa çatdığı üçün komandalar qalibi 11 metrlik zərbələrlə müəyyənləşdiriblər. Penalti zərbələrində daha dəqiq oynayan Bakı təmsilçisi rəqibi 3:2 hesabı ilə məğlub edib.

Onu da əlavə edək ki, bu qarşılaşma ölkə kubokunun 31 illik tarixində finalda 2 dəfə və ya daha çox qarşılaşan beşinci cüt olacaq.

Yeri gəlmişkən bu statistika üzrə rekord “Neftçi” və  “Qarabağ” klublarına məxsusdur.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman