Yolların dolanbaclığı yarışı daha maraqlı edir

post-img

Bakıda F-1 yarışları üçün nəzərdə tutulmuş yollar ziq-zaq­lıdır. Bu ziq-zaqlıq çətinlik ya­ratmır, əksinə hədəfləri daha da prinsipial edir. 

Bu fikirləri Filippin vətəndaşı Ma­riana Mancera bildirib. 

Turist qeyd edib ki, biz həm canlı, həm də ekranlardan yarışın maraq­lı görüntülərini izləyə bilirik. Hər ikisi maraqlıdır. Yolların dolanbaclığı yarışı daha maraqlı edir.

“Mən artıq qonaq deyiləm, bir ildir ki, burada çalışıram. Hələ ki getmək fikrim yoxdur. İşlərimi qururam, həm də təhsil alıram. Bakı beynəlxalq idman yarışları, humanitar tədbirlər çox keçi­rilir”. 

Bu fikirləri isə pakistanlı Zain Muxtar deyib. 

O deyib ki, Bakıda neçə ildir ki, keçirilən F-1 yarışları bu dəfə daha maraqlı alınıb. Həm hazırlıq, həm təş­kilatçılıq həm də rəqabət baxımından fərqli yarış izləyirik. Yarışların Bakıda keçirilməsi bizə xüsusi zövq verir. Çün­ki bizim üçün də əlçatandır. 

“Bakını yalnız virtual görüntülərdən izləmişdim. Lakin şəhərinizi gözlərimlə gördükdən sonra çox bəyəndim. For­mula 1 yarışlarının keçirildiyi ərəfədə Bakıda olmağım isə mənim üçün əsl sürpriz oldu”. Bakıda qonaq olan pa­kistanlı Muhammed Hassan Solangi bizimlə söhbətində belə dedi. 

O qeyd etdi ki, şəhərinizin ümumi görünüşü çox maraqlıdır. Həm Şərq, həm də Qərb üslublu tikililər var. Yarış­ların şəhər mərkəzində keçirilməsinin əsas özəlliyi də budur ki, paytaxtınızın gözəl yerlərini yarışları TV izləyiciləri də görə bilirlər.

 

Anar ƏLI, “Xalq qəzeti”





İdman