Bakını uzaqdan sevmişdim...

post-img

İngiltərəli Ceff Vilia Formula 1-ə ta­maşa etmək üçün ailəsi ilə Bakıya gə­lib. Bakıda ilk dəfə olmasına baxmayaraq paytaxtımız, ölkəmizlə bağlı kifayət qədər məlumatı olduğunu bildirir: “Qafqazın ən gözəl və cəlbedici ölkələrindən biri olan Azərbaycan haqqında məlumatım var idi. Bakını uzaqdan sevmişdim. Paytaxtınıza qədəm basdıqdan sonra bu sevgi daha da artdı. Oğlum, yoldaşımla birgə Bakını gəzməkdən yorulmuruq. Havası gözəl, insanları saf və gülərüzdürlər. Bilirəm ki, ölkənizdə böyük tədbirlər yüksək səviy­yədə keçirilir. Bakıda ötən illər keçirilmiş Formula 1 yarışlarını izləmişəm. Çox xo­şum gəlib. Növbəti yarışları səbirsizliklə gözləyirəm. Pilotlardan Lyuis Hamiltona azərkeşlik edəcəyəm”. 

Sudanlı turist Rofaida Elzubair də ilk dəfədir Azərbaycana gəlib. Formu­la 1 yarışlarına böyük marağı olduğunu deyir: “İlk dəfə Bəhreyndə Formula 1 ya­rışında olmuşam. Bakıda keçirilən “kral yarışları”nı həmişə televiziyadan izlə­mişəm. Budəfəki yarışları canlı izləyəcə­yimdən məmnunam. Bakı şəhər halqası çox xoşuma gəlir. Xüsusən də, qədim qala divarlarının ətrafında hərəkət edən yarış maşınları daha gözəl görünür”.

Rofaida Elzubair yarışdan bir həftə əvvəl Bakıya gəlib. Onun burada ilk sə­yahət etdiyi yer isə Şəki və Yanardağ olub. Ölkəmizin çox gözəl olduğunu deyən sudanlı xanım onu da bildirdi ki, Azərbaycan mətbəxi çox zəngindir: “Sa­ciçi, kabab və plovun dadı damağımda qalıb. Mütləq evdə hazırlayacağam”.

Niderlandlı turist Ronald Rolink Bakıda gözəl ab-havanın hökm sür­düyünü bildirdi: “Günəşli Bakını çox bəyəndim. Burada gözəl ab-hava var. İnsanlar çox qonaqpərvərdirlər. Hər an kömək əllərini uzatmağa hazırdırlar. Yeməklərinizin ləziz dadını xüsusilə qeyd etmək istəyirəm. Artıq dolma, dönər, to­yuq salatı və bəzi şirniyyatlarınızın dadı­na baxmışam”.

Dostları ilə birgə Formula 1 yarışla­rını izləməyə gəldiyini deyən turist Bakı şəhər trekinə böyük maraq göstərdiyini də qeyd etdi: “Şəhər trekləri arasında ən sürətli Bakı trasında Formula 1 yarışları böyük maraq doğurur. Düşünürəm, bura­da keçirilən avtomobil yarışları bizə unu­dulmaz anlar bəxş edəcək”. 

 

L.AZAD,
Fidan HÜQUQQIZI, “Xalq qəzeti”







İdman