Futbol üzrə Azərbaycan kubokunda ikinci finalçı da müəyyənləşdi

post-img

Futbol üzrə Azərbaycan kuboku yarışlarında ikinci finalçı da müəyyənləşib. Dünən turnirin yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində “Səbail” klubu “Qəbələ”ni qəbul edib.

“ASCO Arena”da keçirilən görüş “Qəbələ”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 11 metrlik cərimə zərbəsindən qonaqla­rın futbolçusu İsnik Alimi vurub.

Xatırladaq ki, komandalar ara­sında keçirilmiş ilk matçda “Qəbələ” klubu 3:2 hesablı əzmkar qələbə qa­zanmışdı.

Qeyd edək ki, bundan əvvəl “Neft­çi” komandası ölkə kubokunda finala adlayan ilk komanda olmuşdu.

Elçin ABBASOV, “Xalq qəzeti”

İdman