“Sabah”dan qələbə, "Səbail"dən heç-heçə

post-img

Bu gün Misli Premyer Liqasında XXXI tur çərçivəsində iki görüş keçirilib. Günün ilk matçında “Turan Tovuz” komandası “Sabah”ı qəbul edib. Tovuz şəhər stadionunda keçirilən matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.  “Sabah”ın heyətində Aleksey Kaşuk dubl edib. Bununla da hesabındakı xallarının sayını 71 çatdıran Bakı təmsilçisi turnir cədvəlində ikinci pillədəki mövqeyini bir qədər də möhkəmləndirib. “Turan Tovuz” komandası 29 xalla altıncı pillədə qərarlaşıb.

Turun növbəti oyununda autsayder  “Səbail – “Neftçi”ni qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bu qarşılaşmadan sonra 61 xala malik "Neftçi"  üçüncü yerdədir. 22 xal toplayan "Səbail"  isə turnir cədvəlində sonuncudur.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” evdə “Kəpəz” ilə 1:1, “Qarabağ” isə “Zirə” ilə 2:2 hesablı heç-heçə edib. Tura aprelin 23-də keçiriləcək “Sumqayıt” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

A.Elçin,
"Xalq qəzeti"

İdman