Xəbər verdiyimiz kimi, Nəsimi rayonunda “Heydər Əliyev İli” çərçivəsində rayonun idarə, müəssisə və təşkilatlarının komandaları arasında təşkil olunmuş futbol turniri keçirilir.
Turnirdə "Xalq qəzeti" redaksiyasının futbol komandası da iştirak edir. Bu gün komandamız Nəsimi rayon bələdiyyə komandası ilə qarşılaşdı. Oyun 5:3 hesabı ilə "Xalq qəzeti" komandasının xeyrinə başa çatdı.
Xatırladaq ki, komandamızın növbəti oyunu aprelin 20-də keçiriləcək.