XXIX tur “Qəbələ”-“Zirə” matçı ilə start götürəcək

post-img

Aprelin 7-də Misli Premyer Liqasında  XXIX tur start götürəcək. Tura  həmin gün saat 17:00-da “Qəbələ”-“Zirə” matçı ilə start veriləcək. Görüş Qəbələ şəhər stadionunda keçiriləcək.

Turun digər iki görüşü şənbə günü keçiriliəcək. Həmin gün saat 17:30-da ASCO Arenada “Səbail” “Sabah”ı,  saat  20:00-da Kapital Bank Arenada “Sumqayıt” “Neftçi”ni  qəbul edəcək. 

Tura bazar günü keçiriləcək “Turan-Tovuz”- “Şamaxı” və “Qarabağ”-“Kəpəz” matçları ilə yekun vurulacaq. “Turan-Tovuz”- “Şamaxı” saat 16:00-da Tovuz şəhər stadionunda keçiriləcək. Saat 18:30-da isə Azersun Arenada “Qarabağ”-“Kəpəz” komandaları üz-üzə gələcəklər. 

Elçin AĞAMİRZƏ,

“Xalq qəzeti”

İdman