XXVIII turun nəticələri

post-img

Misli Premyer Liqasının XXVIII turu gərgin mübarizə şəraitində keçib.  Çempionatın bitməsinə 8 tur  qalıb. Artıq komandalar məsuliyyət hisini bir qədər də artırıb. 

Turun ilk matçında “Tu­ran-Tovuz” və “Sumqayıt” klubları üz-üzə gəliblər. Tovuz Şəhər Stadionunda keçirilən qarşılaşma qonaqların xey­rinə başa çatıb–2:3. Bu matçdan sonra 28 xalı olan “Tu­ran-Tovuz” turnir cədvəlində altıncı yerdə­dir. 24 xal toplayan “Sumqayıt” isə səkkizin­ci pillədə qərarlaşıb. 

Gəncə Şəhər Stadionunda “Kəpəz” klubu “Səbail”i qəbul edib. Gərgin keçən görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb-1:0. Bu qələbədən sonra xallarının sayını 25-ə çatdıran “Kəpəz” turnir cədvəlində yeddinci pilləyə yüksəlib. 18 xalı olan “Səbail” isə autsayderdir. 

“Zirə” komandası isə “Neftçi” ilə qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bu görüşdən sonra 57 xal toplayan “Neftçi” ilk üçlükdə qərarlaşıb. 38 xalıolan “Zirə” isə dördüncü yerdədir. 

“Şamaxı” klubu isə “Qarabağ”  ilə qarşılaşıb. Matç qonaqların minimal hesablı  qələbəsi ilə başa çatıb. Çempionatın vahid lideri Ağdam təmsilçisi aktivindəki xaların sayını 74-ə çatdırıb. “Şamaxı” isə xalla doqquzuncudur.

Turun son qarşılaşmasında çempionluğa iddialı “Sabah” klubu doğma meydanda “Qəbələ”ni qəbul edib. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki,  ilk hissədə 1:2 hesabı ilə geri düşən meydan sahibləri oyunda geri dönüş etməyi bacarıblar. Bununla da, 65 xal yığan sabah turnir cədvəlində ikinci yerdəki mövqeyini bir qədər də möhkəmləndirib. 36 xalı olan “Qəbələ” isə ilk beşliyi tamalayır. 

Elçin AĞAMİRZƏ,

“Xalq qəzeti”

 

İdman