Futbol üzrə Türkiyə millisi “Avro-2024”ün seçmə mərhələsinin ilk qarşılaşmasında qələbə qazanıb.
Türkiyə yığması İrəvandakı Respublika Stadionunda Ermənistan komandasını məğlub edib. Matç qardaş ölkənin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İspaniyalı baş hakim Xose Maria Sançesin idarə etdiyi oyunda hesab avtoqolla açılıb. 10-cu dəqiqədə türk futbolçu Ozan Kabak topu öz qapısından keçirib. Qarılaşmanın 35-ci dəqiqəsində Orkun Kökçü hesabı bərabərləşdirib. İlk hissə1:1 hesabı ilə yekunlaşıb.
İkinci hissənin 64-cü dəqiqəsində türk yarımmüdafiəçi Kerem Aktürkoğlu hesab arasındakı fərqi artırıb. Bu, oyunda vurulan sonuncu qol olub.
Qeyd edək ki, Türkiyə millisi növbəti oyununu martın 28-də doğma meydanda Xorvatiya qarşı keçirəcək.
Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"