“Gəncə BK” ilk üçlükdə

post-img

Sərhədçi İdman Mərkəzində, Azərbay­can Baskebol Liqasının 16-cı turunun təxirə salınmış, “Zirvə Astara BK” və “Gəncə BK” komandaları arasındakı oyunu keçirilib. 

Azərbaycan Basketbol Federasiyasının məlumatına görə, əlavə vaxta gedən oyun­da “Gəncə” basketbolçuları rəqib üzərində 109-104 hesablı qələbə qazanaraq turnir cədvəlinin 3-cü pilləsinə yüksəliblər. Ən məhsuldar basketbolçular isə “Zirvə Astara BK”-dan Derin Conson (24 xal, 4 ribaund), “Gəncə BK” komandasından isə Cared Smol (32 xal, 8 ribaund) olublar. 

E.AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman