Cümə günü Serbiyanın Vrnyaçka Banya şəhərində kişilər arasında şəxsi Avropa çempionatına start veriləcək. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinin məlumatına görə, qitə çempionatında ölkəmizi 19 şahmatçı təmsil edəcək.
Bunlar Nicat Abasov, Eltac Səfərli, Misrətdin İsgəndərov, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Namiq Quliyev, Vüqar Rəsulov, Abdulla Qədimbəyli, Əhməd Əhmədzadə, Ülvi Sadıqov, Xəzər Babazadə, Read Səmədov, Ülviyyə Fətəliyeva, Vüqar Manafov, Nail Bəşirli, Elmar Atakişiyev, Xaqan Əhməd və Şahin Vəliyevdir.
Ümumilikdə, şəxsi Avropa çempionatında 40 ölkədən 500-dən çox şahmatçının mübarizə aparacağı gözlənilir. Çempionat martın 13-də başa çatacaq.
Qeyd edək ki, “OPEN” turnir xarakteri daşıyan şəxsi Avropa çempionatında qadın şahmatçıların da iştirakına icazə verilir.
Elçin ABBASOV,
“Xalq qəzeti”