Dünya çempionları məktəblilərlə görüşüb

post-img

Azərbaycan Şahmat Federasiyası (AŞF) və Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin şahmat dərnəyinin təşkilatçılığı ilə məktəblilərin tanınmış şahmatçılarla görüşü keçirilib.

AŞF-nin məlumatına görə, görüşdə 20 yaşadək şahmatçılar arasında dünya çempionatının qalibləri, beynəlxalq qrossmeysterlər Abdulla Qədimbəyli və Gövhər Beydullayeva iştirak edib. 

Şahmatçılarla şagirdlər arasında eyni anda seans görüşü təşkil olunub. 

Sonda məktəblilərin suallarını cavablandıran dünya çempionları onlarla xatirə şəkili çəkdiriblar.

Elçin ABBASOV,

“Xalq qəzeti”

İdman