Azərbaycan batutçusu Selcan Mahsudova dünya kuboku yarışlarının finalına yüksəlib

post-img

Azərbaycan təmsilçisi Selcan Mahsudova Bakıda keçirilən batut gimnastikası üzrə dünya kuboku yarışlarında proqramını uğurla icra edib.

AZƏRTAC xəbər verir ki, gimnastımızın çıxışına hakimlər 53,370 xal veriblər. Ümumi sıralamada üçüncü olan təmsilçimiz finala vəsiqə qazanıb.

İki gün davam edəcək yarışda Azərbaycanla yanaşı, 15 ölkədən 62 gimnastın fərdi və sinxron proqramda mübarizə aparacaq.

Yarış zamanı idmançıların maraqlı və rəngarəng çıxışlarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışlarına 7, final mərhələlərinə isə 10 manat təşkil edir.

İdman