Əsrin fəlakəti: Türkiyədə zəlzələ qurbanlarının sayı 40 min 642 nəfərə çatdı

post-img

Türkiyədə əsrin fəlakəti adlandırılan zəlzələ nəticəsində həlak olanların sayı 40 min 642 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer tərəfindən açıqlanıb. Onun sözlərinə görə, indiyədək zəlzələ bölgəsindən 430 mindən çox insan təxliyə olunub.

Fevralın 6-da Kahramanmaraşda baş vermiş iki dağıdıcı zəlzələdən sonra 5 minə yaxın afterşok qeydə alındığı bildirilir.

 

Son xəbərlər