Qırımızı işıqda keçib işıqforu yararsız vəziyyətə saldı

post-img

Ötən gün axşam saatlarında Xətai rayonu, 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobillərindən biri işıqforun qırmızı işığında keçərək əvvəlcə hərəkətdə olan nəqliyyat vasitəsinə, sonra isə işıqfora çırpılıb. 

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilir.

Sürücü və sərnişinin xəsarət alması ilə nəticələnən hadisə zamanı 1 ədəd nəqliyyat işıqforu yararsız vəziyyətə düşüb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən işıqforların bərpa olunması istiqamətində dərhal işlərə başlanılıb.

Qeyd edək ki, bu qəza həm mərkəz, həm də Zığ şosesi istiqamətində nəqliyyat sıxlığının yaranmasına da səbəb olub.

Digər bir qəza isə bu gün günorta saatlarında Nərimanov rayonu, Həsənoğlu ilə Təbriz küçələrinin kəsişməsində qeydə alınıb. Baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 ədəd piyada işıqforuna zərər dəyib.

P.ƏMİRCANOV
XQ

Hadisə