Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

post-img

Oktyabrın 6-da saat 18 radələrində Şəmkir  rayonu Şiştəpə kəndi ərazisində 1984-cü il təvəllüdlü Röyalə Hacıyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şəmkir rayon prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı 1971-ci il təvəllüdlü Arif Hacıyevin  bıçaqla xəsarətlər yetirməklə Röyalə Hacıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Arif Hacıyev rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

N.Adilqızı
XQ

Hadisə