Oktyabrın 9-na keçən gecə Səbail rayonu ərazisində yerləşən bir evin saxlanc yerindən 1000 manat dəyərində kondisioner yuyan aparat, boru və təmir alətlərinin oğurlanması barədə polisə məlumat daxil olub.
Məlumatı DİN mətbuat xidməti verib.
Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı S.Alışov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ