NATO Ukrayna, İsveç və Finlandiyanın alyansa qoşulmaq istəyindən imtina edə bilməzdi. Bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq “Politico”ya müsahibəsində deyib .
“Əlbəttə, NATO deyə bilməz ki, biz ittifaqa gedən yolu təkcə Ukrayna üçün deyil, Finlandiya və İsveç üçün də bağlamışıq. Onlar (Rusiya) bizdən istənilən genişlənməni dayandırmağımızı istəyirlər”, - deyə keçmiş baş katib Rusiya prezidenti Vladimir Putinin 2021-ci ildə NATO-nun şərqə doğru genişlənməməsini tələb edən məktubunu şərh edərkən bildirib.
Stoltenberq qeyd edib ki, məktubda ifadə olunan tələblər onun üçün sürpriz deyil, çünki Rusiya onları Putinin mesajından əvvəl irəli sürüb.
Keçmiş baş katib bildirib ki, o, həmçinin blokun şərq hissəsində qoşunların mövcudluğundan imtinaya zəmanət verə bilməz, çünki bu, “birinci və ikinci dərəcəli NATO üzvlüyü kimi bir şeyin tətbiqi” demək olacaq.
P.ƏMİRCANOV
XQ